Mehriban Əliyeva bu qurumun prezidenti seçildi

Mehriban Əliyeva bu qurumun prezidenti seçildi
16:16 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

ANS PRESS-in məlumatına görə Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində, həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər.


Azərbaycan Gimnastika Federasiyası 1956-cı ildə yaradılıb. 1994-cü ildə artıq müstəqil Azərbaycanda Milli Gimnastika Federasiyası yarandı, elə həmin il Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə, iki il sonra isə Avropa Gimnastika İttifaqının tərkibinə daxil oldu.

2002-ci ilin 7 oktyabr tarixi Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulması və ölkənin birinci xanımı Mehriban Əliyevanın federasiyaya prezident seçilməsi ilə yadda qaldı. Yenilənmiş federasiya bədii gimnastika, akrobatika gimnastikası, tamblinq və kişi idman gimnastikasını ehtiva edirdi.


İlham Əliyev və Mehriban Əliyeva Milli Gimnastika Arenasının açılışı zamanı- 2014-cü il


Dövlət tərəfindən idmana göstərilən yüksək qayğı, həmçinin Milli Olimpiya Komitəsinin aktiv fəaliyyəti nəticəsində, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan Gimnastika Federasiyasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən Beynəlxlaq Gimnastika Federasiyası Afinada keçirilən Konqressində, A kateqoriyasına aid Dünya Kuboku mərhələsinin 2003-cü ilin 7-11 avqust tarixlərində Bakıda təşkil olunmasına qərar verdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR