Yılmaz Vural Super Liqa klubunu çalışdıracaq

Yılmaz Vural Super Liqa klubunu çalışdıracaq
16:17 24 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Karabükspor"dan ayrıldıqdan sonra işsiz qalan Yılmaz Vuralın yeni komandası məlumdur.


Sport7.az xəbər verir ki, Mehmet Özdileklə yollarını ayıran "Gənclərbirliyi"ni bundan sonra Yılmaz Vural çalışdıracaq. Türkiyənin ən çılğın və qalmaqallı məşqçilərindən sayılan Vuralla bu gün rəsmi müqavilə imzalanacaq.


Yılmaz Vural "Gənclərbirliyi"nin prezidenti İlham Cavcavın 38 illik rəhbərliyi ərzində etimad göstərdiyi 60-cı məşqçi oldu. Buna qədər İlham Cavcav 59 baş məşqçini yola salıb. Hazırda "Gənclərbirliyi" 16 turdan sonra topladığı 13 xalla turnir cədvəlində 16-cı sırada yer alır. 


62 yaşlı Vural məşqçilik karyerasına 1986-ci ildə "Malatyaspor"da başlayıb. Onun son iş yeri olan "Karabükspor" ötən mövsüm elitanı tərk etmişdi.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR