Mehriban Əliyeva yenidən prezident seçildi

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dekabrın 24-də yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.


Metbuat.az report.az-a istinadən xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək. Tədbirdə Azərbaycan Gimnastika Federasiyası (AGF) bir qrup idmançı, məşqçi və mütəxəssisi xatirə medalları ilə təltif edib. Xatirə medalı federasiyanın İcraiyyə Komitəsinin iclasında təsis olunub.

Qızıl medala AGF İcraiyyə Komitəsinin sabiq üzvü Arif Qafarov, gümüş medala "Bakı-2015" I Avropa Oyunlarında 5 medal qazanmış idman gimnastı Oleq Stepko və şəxsi məşqçisi Pavel Netreba layiq görülüb.

Bürünc medallara isə Mariana Vasilyeva, Marina Durunda, Anastasiya Prosolova, İlya Qrişunin, Petro Paxnyuk, Eldar Səfərov, qrup hərəkətləri komandası, Vladimir Şulenin və digərləri layiq görülüb. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR