Bu futbolçular yanvarda "Barselona"dan ayrıla bilərlər

Dörd futbolçu qış "transfer pəncərəsi"ndə "Barselona"nı tərk edə bilər.


Metbuat.az goal.com-a istinadən xəbər verir ki, əgər katalon klubu yanvarda heyətini gücləndirmək üçün əlavə maliyyəyə ehtiyac duysa, o zaman bu 4 futbolçu ilə yollarını ayıra bilər: Mark Bartra, Duqlas Pereyra, Sandro Ramires Munir El-Haddadi.

Sözügedən 4 futbolçu cari mövsümdə oyun praktikasının azlığından əziyyət çəkirlər.

Xatırladaq ki, "Barselona" yanvar ayından etibarən Arda TuranAleiş Vidalın xidmətindən istifadə edə biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR