“Biləsuvar-85” kitabının təqdimat mərasimi keçirilib

16:38 24 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Biləsuvar, 24 dekabr, Mahir Babayev, AZƏRTAC
Dekabrın 24-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində rayonun 85 illiyi ilə bağlı tədbirlər çərcivəsində “Biləsuvar-85” kitabının təqdimatı olub. Təqdimat mərasimində rayonun tarixinə nəzər salınıb, keçdiyi inkişaf yolu və bugünkü uğurları haqqında ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatının ayrı-ayrı məqamlarını, Biləsuvara səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev rayonun tarixi haqqında məruzə edib, “Biləsuvar-85” kitabı barədə məlumat verib. Bildirilib ki, Biləsuvar rayonu 1930-cu ildə yaradılıb. Biləsuvar ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin qayğısı ilə aqrar rayondan aqrar-sənaye rayonu səviyyəsinə yüksəlib. Rayon iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf edib. Qeyd olunub ki, 1 şəhər, 22 kəndi birləşdirən rayonda hazırda 97 mindən çox əhali yaşayır.
Digər çıxışlarda rayonda görülən abadlıq-quruculuq işlərindən, sosial problemlərin həlli istiqamətində atılan addımlardan danışılıb, “Biləsuvar-85” kitabının önəmindən bəhs olunub.
Kitabda Biləsuvarın tarixi, kənd və qəsəbələri haqqında məlumatlar ayrı-ayrı bölmələrdə geniş təhlil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilesuvar_85_kitabinin_teqdimat_merasimi_kechirilib-914018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR