​Təcridxanada saxlanılan şəxsin intihar etməsinin səbəbləri məlum olub

​Təcridxanada saxlanılan şəxsin intihar etməsinin səbəbləri məlum olub
16:47 24 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 22-də gecə Bakı şəhər Sabunçu rayonunda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Manaf Paşayevin özünü asaraq intihar etməsinin səbəbləri məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs əvvəl Cinayət Məcəlləsinin (CM) 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə ittiham edilib. İstintaq zamanı M.Paşayevin daha 7 oğurluq işində əli olduğu müəyyən edilib. Bundan sonra ona CM-in 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha əvvəl səkkiz dəfə məhkumluq həyatı yaşamış M.Paşayevi qarşıda onu 12 ilədək həbs cəzası gözlədiyi üçün intihara əl atıb.
Bundan başqa, mətbuatda keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevlə eyni kamerada saxlanıldığı yazılsa da, onların ayrı-ayrı kameralarda saxlanıldığı məlum olub.
Qeyd edək ki, M.Paşayev daha əvvəl 8 dəfə məhkum edilib və sonuncu dəfə Bakıda oğurluq etdiyinə görə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR