100 kq-lıq çılcıraq insanların başına düşdü (VİDEO)

100 kq-lıq çılcıraq insanların başına düşdü (VİDEO)
16:51 24 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Xanti-Mansi Muxtar Dairəsinin Surqut şəhərində ticarət mərkəzlərinin birində bədbəxt hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, 100 kq çəkisi olan nəhəng çılçırağın bir hissəsi təxminən 5 metr hündürlükdən yerə tökülüb. Bu zaman ticarət mərkəzində çox sayda adam olub. Çılçırağın qohan hissələri 3 nəfərin yaralanmasına səbəb olub.

Onlardan biri azyaşlıdır. 59 yaşlı Muhulsum Leç-in vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Digər xəsarət alanlar, 16 yaşlı Polina.L və 2 yaşlı Mirsəlim.M bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.



Baş verən hadisədən sonra ticarət mərkəzindəki insanlar avakuasiya edilməyib. Ancaq hadisə yerində təhlükəsizlik tədbirləri görülüb.



Çılcırağın qoparaq düşməsinin əks etdirən videoda yayılıb. Görüntülər mərkəzdəki təhlükəsizlik kamerası vasitəsilə çəkilib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR