Tələbələr şirkətin təlimlərində iştirak edəcəklər

Tələbələr şirkətin təlimlərində iştirak edəcəklər
16:53 24 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
Azərbaycan Universitetində təhsil alan tələbələr üçün “Baku Business Factory” (BBF) şirkəti tərəfindən “Tələbə ikən necə biznes qurdum” mövzusunda seminar təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarda BBF-nin nümayəndəsi Toğrul Səmədov iştirakçılara ideyaların formalaşması və daha sonra biznesə çevrilməsinin mümkün yolları haqqında məlumat verib.
T.Səmədov əvvəlcə BBF-nin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-dən maddi dəstək ala və müxtəlif təlimlərdə iştirak edə bilərlər.
Öz təcrübəsini gənclərlə bölüşən T.Səmədov bildirib ki, tələbəlik illəri ideyaların biznesə çevrilməsi üçün ən səmərəli dövrlərdəndir, iştirakçılar bundan maksimum faydalanmalıdırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR