Azərbaycanda mülayim hava şəraitindən sonra hava yenidən soyuyacaq, qar yağacaq

Azərbaycanda mülayim hava şəraitindən sonra hava yenidən soyuyacaq, qar yağacaq
14:13 30 Dekabr 2014
88 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sabah temperatur əvvəlki günlərlə müqayisədə enəcək, bəzi yerlərdə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gün ərzində şimal küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 4-7, günün birinci yarısında 7-9, günün ikinci yarısında, axşama doğru 2-4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində dekabrın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən Kür vadisi rayonlarında arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək, bəzi yerlərdə isə 5 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR