Mingəçevirdə qeydə alınan yol-nəqliyyat hadisəsində avtomobil qoruyucu hasara və elektrik dirəyinə çırpılıb.
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, nəticədə elektrik dirəyi avtomaşının üzərinə aşıb. Hadisə Tofiq Şahvələd oğlu Mahmudov idarə etdiyi "Priora" markalı avtomobillə şəhərin Gəncə şossesi ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində baş verib.
Sürücü yüngül xəsarət alıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Milli.Az