Oğlundan Madonnaya zərbə (VİDEO)

Oğlundan Madonnaya zərbə (VİDEO)
17:06 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünyaca məhşur müğənni Madonna məhkəməyə müraciət edib.

ANS TV-nin məlumatına görə, məhşur müğənninin Rokko atası, britaniyalı rejissor Qay Riçi ilə qalmaq istəyir.

Müğənni isə məhkəməyə müraciət edərək oğlunu Londondan Nyu-Yorka qaytarmaq niyyətindədir.

Qay Riçinin vəkilinin sözlərinə görə, Rokko açıq-aşkar deyib ki, Nyu-Yorka qayıtmaq niyəti yoxdur. O atası ilə birgə Londonda yaşamaq istəyir.

Məhşur müğənni isə məsələ ilə əlaqədar Nyu-Yorkun Manhetten şəhərinin Ali Məhkəməsinə müraciət edib.

Madonna və Qay Riçi 7 illik nikahdan sonra 2008-ci ildə boşanıblar.

Onun oğlu 15 yaşlı Rokko atası Qay Riçi və onun hazırkı arvadı Ceki Eynsli ilə birlikdə Londonda yaşayır.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR