KİV: "Səudiyyə Ərəbistanı neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar xərcləri və subsidiyaları azaldacaq"

KİV: "Səudiyyə Ərəbistanı neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar xərcləri və subsidiyaları azaldacaq"
17:07 24 Dekabr 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin aşağı düşməsi dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanını gələn il üçün nəzərdə tutulmuş büdcədə xərcləri və subsidiyaları azaltmağa məcbur edəcək.
"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb.
Nəşr qeyd edir ki, krallıq ötən onillikdə neftin qiymətinin yüksək olmasından istifadə edərək iqtisadiyyatı dəstəkləmək üçün enerji daşıyıcılarının qiymətinə və satışına subsidiyalar təyin etmişdi. Amma ötən ilin ortalarından başalayaraq neftin qiyməti 50 faizdən çox aşağı düşüb. Belədə hökumət valyuta ehtiyatlarından istifadə etməli, xərclər üzrə plana yenidən baxmalı və gəlir mənbələrinin diversifikasiyası üzərində fikirləşməli olub.
Neftin qiymətinin aşağı düşməsinə cavab olaraq hökumət artıq sosial layihələri təxirə salıb və 2007-ci ildən bəri ilk dəfə istiqraz buraxıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı gündə təxminən 7 milyon barel neft ixrac edir və buradan gələn gəlirlər ümumi dövlət büdcəsinin 90%-ni təşkil edir. Bu, həm də ölkə ÜDM-nin təxminən 40%-i deməkdir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının valyuta ehtiyatlarının həcmi oktyabrın sonuna olan məlumata görə azalaraq 648 milyard dollara düşüb. Bu, məsələn, 2014-cü ilin avqustunda qeydə alınan göstəricidən (746 milyard dollar) 13% azdır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ki-v-seudiyye-erebistani-neftin-qiymetinin-asagi-dusmesi-ile-elaqedar-xercleri-ve-subsidiyalari-aza

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR