Qusarda məktəbli qızlar voleybol birinciliyində qüvvəsini sınayır

Qusarda məktəbli qızlar voleybol birinciliyində qüvvəsini sınayır
17:08 24 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Qusar, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Olimpiya İdman Komleksində ümumtəhsil məktəbləri komandaları arasında voleybol üzrə açıq rayon birinciliyi keçirilir.
AZƏRTAC xəbər verir ki, məktəbli qızlar arasında keçirilən turnirdə şəhər, kənd və peşə məktəblərini təmsil edən 8 komanda medallar uğrunda mübarizə aparır. 150-yə yaxın şagirdin cəlb olunduğu birincilik dairəvi sistem üzrə təşkil edilib.
Yarışın qalibləri dekabrın 25-də müəyyənləşəcək. İlk yeri tutan komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qusarda_mektebli_qizlar_voleybol_birinciliyinde_quvvesini_sinayir-914043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR