“LUKOYL” Neft Şirkətinin prezidenti Vahid Ələkbərovdan

17:13 24 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Rusiyada Siz cəmiyyətdə mütərəqqi dəyişikliklər və iqtisadiyyatda bazar islahatları keçirilməsinin ardıcıl tərəfdarı kimi yaxşı tanınırsınız. Azərbaycan Prezidenti vəzifəsində işləyərkən Siz öz həmvətənlərinizin dərin hörmətini və xaricdə böyük nüfuz qazanmısınız.
Sizin rəhbərliyiniz ilə konstruktiv siyasət yürüdülməsi dövlətlərarası münasibətlərin və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın inkişafına əlverişli şərait yaradır. Bu gün Azərbaycanda xarici şirkətlərin ölkə bazarına cəlb olunmasına kömək edən münbit investisiya mühiti yaranıb.
Fürsətdən istifadə edərək, ölkənizdə “LUKOYL”un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirmək və Sizi Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığı Azərbaycan və Rusiya xalqlarının rifahı naminə inkişaf etdirməyə daim hazır olduğumuza əmin etmək istərdim.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, böyük şəxsi səadət və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirəm.
Hörmətlə,
Vahid Ələkbərov
“LUKOYL” Neft Şirkətinin prezidenti


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/LUKOYL_Neft_Sirketinin_prezidenti_Vahid_Alekberovdan-914044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR