İspaniya La Liqasında ilk dövrənin ən yaxşı "11"liyi müəyyənləşib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, rəmzi komandada ən çox "Atletiko" (Madrid) klubunun futbolçusu yer alıb.
Madrid təmsilçisinin 3 futbolçusu siyahıya düşməyi bacarıb. "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo geridə qalan 16 tur ərzində 12 qol vurmasına baxmayaraq, ən yaxşılar sırasında yer almayıb.
Qapıçı: Yan Oblak ("Atletiko", Madrid)
Müdafiəçilər: Xuanfran ("Atletiko", Madrid), Şkodran Mustafi ("Valensiya"), Dieqo Qodin ("Atletiko", Madrid), Marselo ("Real", Madrid)
Yarımmüdafiəçilər: Serxio Buskets ("Barselona"), Luka Modriç ("Real", Madrid), Raul Qarsiya ("Atletik", Bilbao)
Hücumçular: Lukas Perez ("Deportivo"), Neymar ("Barselona"), İmanol Aqirretxe ("Real Sosyedad"
Fanat.az