Tuyqun Nadirov: "Xəzər Lənkəran" dağılmayacaq"

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov klubun gələcək taleyi barədə danışıb.


Metbuat.az supersport.az-a istinadən məlumat verir ki, Nadirov "Xəzər Lənkəran"ın dağılmayacağını deyib. Onun sözlərinə görə, Mübariz Mənsimov kluba dəstək verir:

"Xəzər Lənkəran"ın dağılmasından söhbət gedə bilməz. Klubun sahibi Mübariz Mənsimov bütün dəstəyini verir. Komandamızın məqsədi futbolumuza fayda verməkdir. Bu gün onlarla futbolçumuz müxtəlif yığma komandalar, klublarda çıxış edir. Yanvarda FİFA-nın transfer qadağası bitəcək. Baş məşqçinin istəyinə uyğun olaraq, yeni futbolçular cəlb olunacaq. Məqsədimiz ölkə kubokuna yiyələnərək, Avroliqaya vəsiqə qazanmaqdır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR