XİN: Prezidentlərin mübahisəli məsələlər üzrə mövqeləri dəqiqləşdirmək imkanı olub

XİN: Prezidentlərin mübahisəli məsələlər üzrə mövqeləri dəqiqləşdirmək imkanı olub
17:37 24 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə sıçrayış olmadı.

Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: "Güman edirik ki, baş tutmuş sammit Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işinin müəyyən mərhələsidir".

M.Zaxarovanın sözlərinə görə, prezidentlərin üz-üzrə danışmaq və bütün təklifləri müzakirə etmək, eləcə də mübahisəli məsələlər üzrə mövqeləri dəqiqləşdirmək imkanı olub.

XİN nümayəndəsi qeyd edib ki, görüşdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış qeyri-qənaətbəxş vəziyyət nəzərdən keçirilib: "Rusiya tərəfi münaqişənin siyasi-diplomatik yolla dinc həllinə yönəlmiş yüksək səviyyədə keçirilən dialoqun davam etdirilməsinə müsbət yanaşır. ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti davam etdiriləcək və bundan başqa, Rusiya Minsk qrupunun həmsədrləri ilə razılaşdırılmış yanaşmalar əsasında tərəflərə güzəşt əldə etməyə kömək etmək məqsədilə qətiyyətli səylər göstərəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR