ABŞ: dağıdıcı tornadolar 7 nəfərin ölümünə səbəb olub

ABŞ: dağıdıcı tornadolar 7 nəfərin ölümünə səbəb olub
17:48 24 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
ABŞ-ın cənub-şərqində yerləşən Missisipi, Tennessi və Arkanzas ştatları üzərindən keçən qasırğa və tornadolar səbəbindən aralarında yeddi yaşlı uşağın da olduğu azı 7 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb, bir neçə nəfər isə itkin düşüb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Missisipi ştatının ərazisində 14 qasırğa qeydə alınıb. Klarksdeyl şəhərində onlarla ev ciddi zədələrə məruz qalıb, bəziləri isə tamamilə dağılıb.
Tennessi ştatında ağacların avtomobillərin üzərinə aşması nəticəsində bir neçə nəfər həlak olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_dagidici_tornadolar_7_neferin_olumune_sebeb_olub-914068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR