Çörək bahalaşmayıb, çəkisi azalıb

Çörək bahalaşmayıb, çəkisi azalıb
17:52 24 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gündən ölkədə unun qiyməti qalxıb. Təbii ki, bu vəziyyət çörək satışına da təsirsiz ötüşə bilməzdi.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hazırda Şəkidə çörəyin qiymətində artım müşahidə olunmur. Sakinlər çörəyi əvvəlki qiymətə alsalar da, çəkinin azaldığını bildirirlər.

Vəziyyət çörək və çörək məhsulları istehsalı ilə məşğul olan sahibkarların işinə də mənfi təsir edib. Belə ki, əgər unun qiyməti qalxıbsa, bu, istər-istəməz çörəyin qiymətinə də təsir etməlidir. Çörək sexlərində isə hazırda çəkini azaltmaqla bunu kompensasiya etməyə çalışırlar.

Qeyd edək ki, iki gün öncə ölkədə unun 50 kiloluq kisəsi 19 manata idisə, hazırda bu qiymət 28 manata qədər yüksəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR