Xüsusi internat məktəbində bayram şənliyi

Xüsusi internat məktəbində bayram şənliyi
17:53 24 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
Dekabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə internat məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Şagirdlərin hazırladıqları “Turp” səhnəciyi xüsusi maraqla qarşılanıb. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnı oxuyublar.
Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.
Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra şagirdlərin istifadəsinə verilib. Məktəbdə dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xususi_internat_mektebinde_bayram_senliyi-914076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR