2015-ci ildə 5230-dan çox sahibkara 248,5 milyon manat güzəştli kredit verilib

2015-ci ildə 5230-dan çox sahibkara 248,5 milyon manat güzəştli kredit verilib
18:03 24 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
2015-ci ildə 5230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 milyon manat güzəştli kredit verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. Bildirilib ki, bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 130-dan çox sənaye müəssisəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit yönəldilib. Bu müəssisələrdən 115-i istifadəyə verilib. Müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilde_5230_dan_chox_sahibkara_2485_milyon_manat_guzestli_kredit_verilib-914082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR