​İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsinə başlanılıb

18:37 24 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 24-dən etibarən bu yardımların, eyni zamanda həmin gün "Neft Daşları"ndakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə başlanılıb. Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurlar həyata keçirilməsinə başlanılıb. Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/i-tkin-dusmus-neftcilerin-ailelerine-birdefelik-maddi-yardimin-verilmesine-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR