Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
18:53 24 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi çatdırıram.

Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini verirlər".

Dövlət başçısı vurğulayıb ki, hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir: "Ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha da artıracaq, respublikamızın gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi yolunda yeni perspektivlər açacaqdır.

Bu il Azərbaycan böyük idman bayramına - Birinci Avropa Oyunlarına ev sahibliyi etmişdir. Qitənin 50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar yaratmışdır".

Prezident vurğulayıb ki, son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənmişdir: "Noyabr ayında demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti parlament seçkiləri də cəmiyyətin nikbin əhval-ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin rəğbətinin parlaq təzahürü olmuşdur.

Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Küçə itləri universitet professorunu tikə-tikə etdilər

25 Sentyabr 2017 15:49

Arda Turan milyarder oğlunun sevgilisi ilə görüşür?

25 Sentyabr 2017 15:48

Çində stadionun mühafizəçiləri futbolçuları dəyənəklə döyüb

25 Sentyabr 2017 15:42

Azərbaycanlı qız şalvarını aşağı çəkib...

25 Sentyabr 2017 15:41

Ukrayna bu ərazilərdən məhrum olacaq – ŞOK PROQNOZ

25 Sentyabr 2017 15:38

Bakıda "Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə" adlı rəsm sərgisi keçiriləcək

25 Sentyabr 2017 15:37

Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

25 Sentyabr 2017 15:35

Yeni robot insan kimi hərəkət etməyi öyrənir

25 Sentyabr 2017 15:35

Bərzanidən son dəqiqə açıqlaması

25 Sentyabr 2017 15:32

Azərbaycanın ən gözəl qızı aparıcı oldu

25 Sentyabr 2017 15:29

PKK Kərkükə girdi: işğala saatlar qaldı - VİDEO

25 Sentyabr 2017 15:28

DGK sədri BP şirkətinin regional prezidentini qəbul edib

25 Sentyabr 2017 15:27

Türkiyədə İraqın şimalından neft tranzitinin dayandırılmasını istisna etmirlər

25 Sentyabr 2017 15:22

Balakəndə inək oğrusu saxlanılıb

25 Sentyabr 2017 15:19

Ermənistanda iki əsgər güllələnib

25 Sentyabr 2017 15:19

Suriya havadan hücuma məruz qaldı: 61 dinc sakin həlak oldu

25 Sentyabr 2017 15:18

Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

25 Sentyabr 2017 15:17

I divizionun püşkü atıldı

25 Sentyabr 2017 15:17

Tanınmış müğənni, bəstəkar Murad Arif Metbuat.az-ın qonağıdır

25 Sentyabr 2017 15:15

Mərcimək şorbasının hazırlanması

25 Sentyabr 2017 15:14

Aydın Əliyev BP-in regional prezidenti ilə görüşüb

25 Sentyabr 2017 15:09

Türk cərrahla evlənən Cəmilənin İSTANBULDAKI nikahından ÖZƏL FOTOLAR

25 Sentyabr 2017 15:08

Ermənistan ordusunda hərbçilərlə komandirləri arasında dava düşüb, iki əsgər güllələnib

25 Sentyabr 2017 15:07

Bulvarın avtomobil dayanacağı velosipedçilər və piyadalar üçün təhlükə yaradır

25 Sentyabr 2017 15:07

"AVRO-2017": Millimiz 1/4 finala çıxa biləcək? - YENİLƏNİR

25 Sentyabr 2017 15:07

İrandan növbəti qərar

25 Sentyabr 2017 15:07

BP şirkəti ilə Azərbaycan Gömrük Xidməti arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir

25 Sentyabr 2017 15:03

Proqnoz: Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər

25 Sentyabr 2017 15:02

Bakıda DƏHŞƏT: döyüldüyü üçün infarkt olub, öldü - TƏFƏRRÜAT

25 Sentyabr 2017 14:58

SON DƏQİQƏ: Kərkükdə döyüş başlayır, türkman şəhəri İŞĞAL EDİLİR - ÖZƏL

25 Sentyabr 2017 14:53

Muğanlı-İsmayıllı yolu yenidən qurulur

25 Sentyabr 2017 14:53

Rusiyada dəhşət: ər-arvad 30-dan çox adamı öldürərək yedilər

25 Sentyabr 2017 14:49

Ərdoğan Ankaranın “kozır”ını AÇIQLADI

25 Sentyabr 2017 14:48

BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub, bütün işçilər təxliyyə edilib

25 Sentyabr 2017 14:47

“Unibank” müəllimlər üçün aksiya keçirir

25 Sentyabr 2017 14:47

Arda Turanın yeni sevgilisi - FOTOLAR

25 Sentyabr 2017 14:47

HƏRRAC: 25 səhmdar cəmiyyət satışa çıxarıldı

25 Sentyabr 2017 14:46

Bakının əsrarəngiz qonağı: “Çadralıları görəndə dedim Azərbaycana nə olub?” - MÜSAHİBƏ

25 Sentyabr 2017 14:44

Ermənistanda zavod partladı

25 Sentyabr 2017 14:43

Mixeil Saakaşvili: "Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini göndərəcək"

25 Sentyabr 2017 14:42

Muğanlı-İsmayıllı yolunda təmir-bərpa işləri aparılır

25 Sentyabr 2017 14:42

"Türkiyə əlini-qolunu bağlayıb oturmaq fikrində deyil"

25 Sentyabr 2017 14:42

® Müəllimlərin Unibanka gəlməsi üçün 3 səbəb!

25 Sentyabr 2017 14:39

İran Liviya və Nigeriyada neft hasilatının azaldılmasını təklif edir

25 Sentyabr 2017 14:37

Komandası qol vurdu, baş məşqçi zədələndi

25 Sentyabr 2017 14:37

“Nokia 8” smartfonunun yeni versiyası satışa çıxarılacaq

25 Sentyabr 2017 14:35

Ermənistanda zavodda PARTLAYIŞ

25 Sentyabr 2017 14:34

Namiq Mənaya yüksək vəzifə verildi

25 Sentyabr 2017 14:34

"Qarabağ" - "Roma" oyunu portuqaliyalı hakimlərə tapşırıldı

25 Sentyabr 2017 14:33

“Xınayaxdı gecəsi” filminin təqdimatı keçirilib

25 Sentyabr 2017 14:27