Quba-Xaçmaz yolunda yol qəzası baş verib, 3 nəfər ağır yaralanıb

19:07 24 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Hadisə Yelgüc kəndi ərazisində qeydə alınıb. Qəzaya səbəb yüksək sürət olub. Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 1968-cı il təvəllüdlü Səməd Qasımov və yanındakı sərnişin, 1960-cı il təvəllüdlü Zöhrə Qasımova ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hazırda yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər avtomobilin sürücüsü, Quba rayon sakini Teymur Həsənov da adıçəkilən xəstəxanaya aparılıb. 
Faktla bağlı araşdırmalar aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/quba-xacmaz-yolunda-yol-qezasi-bas-verib-3-nefer-agir-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR