BMT-nin Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumu Bakıda keçiriləcək

BMT-nin Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumu Bakıda keçiriləcək
19:09 24 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair sazişin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamla nazirliklər qarşısında müəyyən tapşırıqlar qoyulub.

 

Sərəncamda deyilib:

 

1. Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərsin.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR