Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında imzalanmış saziş təsdiqlənib

Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında imzalanmış saziş təsdiqlənib
19:27 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 
"Report" xəbər verir ki, sərəncamla Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanmış saziş təsdiq edilib.
Mədəniyyət və Turizm Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Sivilizasiyalar Alyansına bildiriş göndərməlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/azerbaycanla-bmt-nin-sivilizasiyalar-alyansi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR