"Bu biabırçılığa son qoymalıdır"

"Bu biabırçılığa son qoymalıdır"
14:16 30 Dekabr 2014
71 Digər
Ölkə mətbuatı
A- A+

“Bu gün spirtli içkilər və siqaretlərin üzərinə vurulan aksiz markalarının üzərində Azərbaycanın dövlət gerbi əks olunub. Həmin siqaretlər və spirtli içkilər isə axırda zibil qutularına atılır”.

ANS PRESS-in məlumatına görə, bu məsələni Milli Məclisin bu günkü plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi Azərbaycanın dövlət atributlarının siqaret və alkoqollu içkilərin üzərində əks olunması məsələsinə baxmalıdır:

“Bu qərar hələ 1990-cı illərdə o vaxtkı Milli Məclis tərəfindən qəbul edilib. Ancaq Vergilər Nazirliyi bu biabırçılığa son qoymalıdır. Dövlət gerbinə hörmət etmək lazımdır”,- deyə Etibar Hüseynov bildirib.

Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR