BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinə dair Saziş təsdiqlənib

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinə dair Saziş təsdiqlənib
19:43 24 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
Dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən cari il oktyabrın 24-də London şəhərində imzalanmış Saziş təsdiq edilib.
Mədəniyyət və Turizm Nazirliyinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_Sivilizasiyalar_Alyansinin_7_ci_Qlobal_Forumunun_Bakida_kechirilmesine_dair_Sazis_tesdiqlenib-914145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR