Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb

Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb
20:03 24 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 86 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Respublikanin_avtomobil_yollarinda_bas_veren_6_yol_neqliyyat_hadisesi_neticesinde_bes_nefer_olub-914158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR