“Huawei” il ərzində 100 milyon smartfon satıb

“Huawei” il ərzində 100 milyon smartfon satıb
20:08 24 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Çinin “Huawei” kompaniyası sona çatan il ərzində smartfon istehsalı üzrə üç dünya lider arasında öz mövqeyini möhkəmlədib.
AZƏRTAC Hitech.vesti.ru saytına istinadla xəbər verir ki, “Huawei” 2010-ci ildən 2015-ilə qədər satış həcmini ildə 3 milyondan 100 milyon ədədə qədər artırmağa nail olub. Onun rəqibləri “Apple” dünya bazarına ildə 200 milyon, dünya lideri “Samsung” isə 300 milyona qədər smartfon çıxarır.
“Huawei Consumer Business Group” kompaniyasının smartfon istehsalı üzrə bölməsinin prezidenti Kevin Xonun sözlərinə görə, şirkət 2016-cı ildə də son illərin tendensiyasını davam etdirmək niyyətindədir.
2014-cü ildə “Huawei” tədqiqatlara 6,3 milyard dollar vəsait ayırıb və 76 mindən çox patenti qeydiyyatdan keçirib. Kompaniya, həmçinin Çin, Almaniya, İsveç və Hindistan kimi ölkələrdə 16 elmi-tədqiqat laboratoriyası qurub və 10 mindən artıq mağaza açıb. 2016-cı ildə isə daha 1000 ticarət nöqtəsi açmağı planlaşdırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Huawei_il_erzinde_100_milyon_smartfon_satib-914164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR