Azərbaycan və Monteneqro hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

Azərbaycan və Monteneqro hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
20:28 24 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro Hökumətinə bildiriş göndərmək tapşırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR