Azərbaycan Prezidenti “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunu təsdiq edib

20:38 24 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin bununla bağlı Fərmanına əsasən Azərbaycanın Müdafiə Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin təmin edilməsi, Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_TURAZ_Sahini_telimleri_uchun_Sahib_Olke_desteyine_dair_Anlasma_Memorandumunu_tesdiq_edib-914172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR