"Report" idman üzrə ilin ən yaxşı informasiya agentliyi seçilib

"Report" idman üzrə ilin ən yaxşı informasiya agentliyi seçilib
20:52 24 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin 2015-ci il ərzində fəaliyyəti Gənclər və İdman Nazirliyi tərəfindən yüksək qiymətləndirilib. Bu gün "Fairmont" otelində keçirilən mərasimdə "Report" ilin idman xəbərlərini ən yaxşı işıqlandıran informasiya agentliyi kimi təltif olunub.
Fəxri mükafatı "Report" agentliyinin baş redaktoru Murad Əliyevə sərbəst güləş üzrə Olimpiya çemponu Namiq Abdullayev təqdim edib.
Qeyd edək ki, "Report" İnformasiya Agentliyi 2015-ci ildə Azərbaycan daxilində və xaricdə keçirilmiş önəmli idman tədbirlərini yüksək səviyyədə işıqlandırıb. Xüsusən "Bakı-2015" I Avropa Oyunlarında agentliyin əksər əməkdaşları yarış məkanlarından operativ xəbərlər, müsahibələr və foto-reportajlar hazırlayaraq oxuculara çatdırıblar. Oyunlar zamanı “Report” "Bakı-2015"ə həsr edilmiş məlumatların yayım sayına və keyfiyyətinə görə ölkənin ən qabaqcıl informasiya resurslarından biri olub. Həmin dövrdə www.report.az 2172 xəbər yayıb. Bunlardan 1003-ü Azərbaycan, 631-i rus, 538-i ingilis dillərində olub. “Report” oxucularının Avropa Oyunları zamanı agentliyin saytı vasitəsilə yarışları canlı izləmək, həmçinin yarışların ən maraqlı anlarından fotosessiyalarla tanışlıq imkanı olub.
Agentliyin əməkdaşları futbol üzrə Azərbaycan millisinin AVRO-2016-nın seçmə qrup mərhələsindəki səfər və ev oyunları, yığma komandaların xaricdəki təlim-məşq toplanışları və matçları, "Qarabağ" və "Qəbələ"nin Avropa kuboklarındakı ev və səfər oyunları, digər növlər üzrə milli komandaların dünya və Avropa çempionatlarındakı çıxışlarından xəbərlər, müsahibələr və foto-reportajlar hazırlayıblar.


Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/report-idman-uzre-ilin-en-yaxsi-informasiya-agentliyi-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR