Daşkəsəndə ucqar dağ kəndlərini birləşdirən iki körpü istifadəyə verilib

Daşkəsəndə ucqar dağ kəndlərini birləşdirən iki körpü istifadəyə verilib
20:53 24 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Daşkəsənin ucqar dağ kəndlərini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu üzərində iki yeni körpünün tikintisi başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, körpülərin istifadəyə verilməsi mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 2015-ci ilin uğurlarından danışaraq rayonda tikinti-quruculuq, təmir-bərpa və abadlıq işlərinin geniş vüsət aldığını bildirib, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sakinlər onların problemlərinin həlinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Əyriçay və Coşqunçay üzərində salınan körpülər 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Hər körpünün uzunluğu 29, eni 11 metrdir. Avtomobillərin hərəkət hissəsi isə 8 metr təşkil edir.
Körpülərin istifadəyə verilməsi turizmin də inkişafına şərait yaradacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskesende_ucqar_dag_kendlerini_birlesdiren_iki_korpu_istifadeye_verilib-914174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR