Prezident “TURAZ Şahini təlimləri”nə dair Anlaşma Memorandumunu təsdiqlədi

21:09 24 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Türkiyə hökumətləri arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi  görə, fərmana əsasən Azərbaycanın Müdafiə Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin təmin edilməsi, Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərilməsi tapşırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR