Namazın səcdəsindən qalxarkən nə etmək gərəkdir?

Namazın səcdəsindən qalxarkən nə etmək gərəkdir?
21:17 24 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, bu, namazın vacib hökmlərinə aid deyil və bu mövzuda olan hökmlər tövsiyə xarakterlidir. Yaxşı olar ki, kişilər səcdəyə gedərkən əvvəlcə ovuclarını, sonra dizlərini yerə qoysunlar. Əksinə, səcdədən qalxanda isə əvvəlcə dizlərini, daha sonra ovuclarını yerdən götürsünlər. Hətta bəzi mənbələrdə hədis var ki, səcdəyə gedəndə özünüzü dəvəyə bənzətməyin. Məlumdur ki, dəvə çökmək istəyəndə əvvəlcə qabaq ayaqlarını dizdən qatlayıb yerə qoyur, sonra bütün vücudu ilə çökür. Hər bir halda, deyilənlər vacib yox, müstəhəbdir. Qeyd edək ki, bu tövsiyələr kişilərə aiddir. Qadınların ümumiyyətlə namaz zamanı sərt hərəkət etmələri və bədənlərini sərbəst tutmaları bəyənilmir. Məsələn, kişilərdən fərqli olaraq qadınlar səcdədə qollarını bədənlərinə yapışdırsalar, dirsəklərini yerə dirəsələr, bədən üzvlərini bir-birinə sıxsalar daha yaxşıdır. Eləcə də, cəsdəyə gedəndə qadının əvvəlcə dizlərini, daha sonra ovuclarını yerə qoyması bəyənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR