Dollarla krediti olanlara GÜZƏŞT

Dollarla krediti olanlara GÜZƏŞT
21:27 24 Dekabr 2015
566 Digər
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə baş verən sonuncu devalvasiya banklardan dollarla kredit götürənləri çətin vəziyyətə salib. İndi vətəndaşlar  götürdükləri puldan 47%  daha çox pul ödəməli olublar.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bununla belə, banklardan dollarla kredit götürənlərə xoş xəbər də var. Bəzi banklar müştərilərinin krediti daha aşağı  məzənnə ilə qaytarması üçün iş aparır.

Dollarla krediti olan müştərilərə şad xəbər bank rəsmilərindən gəldi.  Belə ki, banklar müştəriləri üçün müxtəlif islahatlar aparmaqı planlaşdırır. Məsələn, VTB Azərbaycan bankının sədri müştərilərin ödəmə qabiliyyətini nəzərə alan təkliflər üzərində işlədiklərini deyib.

Sorğumuza cavab verən Unibank və NBC bankda dollarla kredit verdikləri müştəriləri üçün islahatların hazırlaşdıqını və yaxın günlərdə açıqlanacağını bildirir. İqtisadçılar isə müştərilərin ödənişini rahatlaşdırmaq üçün bir sıra üsulların olduğunu bildirir.

Mütəxəssislər bankların onsuzda verdikləri kreditlərin kifayət qədər pul qazandıqını və bu şəraitdə vətəndaşlara güzəştə getməli olduğunu bildirir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR