“Kəpəz”in hazırlıq planı açıqlandı

“Kəpəz”in hazırlıq planı açıqlandı
21:37 24 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının qış fasiləsi müddətində “Kəpəz” çempionatın ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək. Fanat.az xəbər verir ki, Gəncə klubunun hazırlıq planı iki hissəyə bölünüb. 

“Sarı-göylər” əvvəlcə Yevlaxda məşq edəcəklər. Komanda gələn il yanvarın 10-da bu şəhərdə toplanacaq. Ertəsi gün futbolçular məşqə çıxacaqlar. Burada bir həftə müddətində fiziki hazırlığın təməli qoyulacaq.

Daha sonra “Kəpəz” Bakıya yollanacaq. Komanda ayın 20-dən 28-nə kimi paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək. Hazırlıq planına əsasən, Nizami yurdunun təmsilçisi üç yoxlama oyunu keçirəcək. Belə görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib. 

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR