Azərbaycanda ruhi xəstə məscidə hücum etdi - FOTO

Azərbaycanda ruhi xəstə məscidə hücum etdi - FOTO
21:37 24 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında Lənkəranda ruhi xəstə olan 39 yaşlı şəxs məscidə hücum edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Bala Şürük kəndində baş verib. Axşam namazına toplaşan kənd sakinləri namaz qıldıqdan sonra məsciddən ayrılarkən kənd sakini Tohid Əsgərov əlindəki taxta parçası ilə məscidin şüşəsini sındırıb, məscidin içərisində olan əşyaları dağıdıb. Kənd sakinləri T.Əsgərovu sakitləşdirə güclə bilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, T.Əsgərov da məscidə ibadət etməyə gələnlərdənmiş.

Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tahir Zülfüqarov açıqlamasında hadisəni törədən şəxsin ruhi xəstə olduğunu bildirib:

"Həmin şəxs axşam namazından sonra məscidi dağıdıb. Kənd sakinləri onu sakitləşdirib. Atası Əsgər Əsgərova da məlumat verilib. Tohid ruhi xəstədir. Kənd nümayəndəliyi hadisə ilə bağlı sahə müvəkkilini məlumatlandırıb. Əlimizdən gələn köməyi etməyə çalışacağıq".

T.Zülfüqarov ruhi xəstə olan şəxsin bu cür addım atmasının səbəbini belə izah edib:

"Axşam camaat məsciddən çıxarkən Tohid əsəbiləşib. O, insanların onu qoyub getməsinə görə bu vəziyyətə düşüb. Sonra, əlindəki taxta parçası ilə şüşələri sındırıb, məscidin içini dağıdıb. Xalçaları aparmaq istəyirmiş. Camaat güclə sakitləşdirib".

Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri məsciddə polis tərəfindən axtarış aparıldığı və bu zaman məscidin dağıdıldığı haqda məlumatlar paylaşılıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR