“Mercedes” və “Mitsubişi” toqquşdu, xəsarət alanlar var

“Mercedes” və “Mitsubişi” toqquşdu, xəsarət alanlar var
22:09 24 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun 6-cı km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA - nın şimal bürosunun verdiyi məlumata görə, 90 BT 862 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn 90 VA 681 dövlət nömrə nişanlı “Mitsubişi” markalı avtomobillə toqquşub. Nəticədə “Mitsubişi”-nin sürücüsü 1968-cı il təvəllüdlü Səməd Qasımov və sərnişini, 1960-cı il təvəllüdlü Zöhrə Qasımova müxtəlif xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR