Xaçmazda iki maşın toqquşdu, yaralılar var

Xaçmazda iki maşın toqquşdu, yaralılar var
22:22 24 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun 6-cı km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, 90 BT 862 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qarşıdan gələn 90 VA 681 dövlət nömrə nişanlı "Mitsubişi" markalı avtomobillə toqquşub. Nəticədə "Mitsubişi"-nin sürücüsü 1968-cı il təvəllüdlü Səməd Qasımov və sərnişini, 1960-cı il təvəllüdlü Zöhrə Qasımova müxtəlif xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR