Milyonçumuzu zibilliyə atıblar

Milyonçumuzu zibilliyə atıblar
23:52 24 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin Xaçmaz rayonundakı abidəsi baxımsız vəziyyətdədir.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Xaçmaz rayon sakinləri xəbər veriblər.
 
Onlar məşhur xeyriyyəçinin zibil və kol-kos içərisində olan abidəsinin fotosunu çəkərək məsələni ictimailəşdiriblər.
 
Fotodan da görünür ki, Hacı Zeynalabdin Tağıyevin abidəsi rayon mərkəzindən kənar, baxımsız ərazidə yerləşir.
 
Xaçmaz Rayon İcra Hakimiyyətindən Publika.az-a bildiriblər ki, Hacı Zeynalabdin Tağıyevin abidəsi əvvəllər onun adını daşıdığı küçədə olub: "Abidə küçədən götürülüb və ora bulaq abidəsi qoyulub. O ki qaldı Zaynalabdin Tağıyevin abidəsinin natəmiz yerdə olmasına, bu haqda söylənilənlər həqiqəti əks etdirmir".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR