Taekvondo üzrə respublika birinciliyinin üçüncü gününün nəticələri məlum olub

23:53 24 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən gənclər arasında taekvondo üzrə respublika birinciliyinin üçüncü gününün qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda oğlanların mübarizəsində Əli İsazadə (51 kq), Qaşım Maqomedov (55 kq) və Orxan Tağızadə (78 kq), qızların mübarizəsində isə Şəms İsayeva (52 kq), Sevil Zamanova (63 kq) və Jalə Əsədli (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib idmançılar diplom və medallarla təltif ediliblər.
Birincilikdə paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları yarışıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondo_uzre_respublika_birinciliyinin_uchuncu_gununun_neticeleri_melum_olub-914197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR