Əliyevlər ailəsi ad gününü bayram edir (FOTO)

Əliyevlər ailəsi ad gününü bayram edir (FOTO)
00:18 25 Dekabr 2015
547 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyevin 54 yaşı tamam oldu.

ANS PRESS-in məlumatına görə, prezidentin böyük qızı Leyla Əliyeva atasının doğum günündən fotolar paylaşıb.

Şəkillərdə Əliyevlər ailəsinin üzvləri yer alıb. Leyla ilə yanaşı bacısı Arzu Əliyeva və həyat yoldaşı Səməd Qurbanov da məclisdə iştirak edir.

Bir qədər əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atası, prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. Leyla Əliyeva təbrikini "İnstaqram" səhifəsində yazıb:

"Əziz Ata! Öz adımdan demək istəyirəm ki, çox xoşbəxtəm ki, mənim belə atam var. Yəqin, hər bir insan özünə görə yaxşıdır, hər kəsin yaxşı keyfiyyətləri, nailiyyətləri, xidmətləri var. Lakin ən layiqli, yaxşı və alicənab keyfiyyətlər səndə toplanıb. Sənin ailənə qarşı sonsuz sevgin və qayğın bizə özümüzü daim daş divar arxasında, daim müdafiə olunmuş, sabahkı günə əminlik hissi ilə baxmağa imkan verir.



Sənin gördüyün işlər sayəsində gündən-günə çiçəklənən Azərbaycana hədsiz sadiqliyin çoxlarını heyran qoyur. Və bu gün dünyanın ən müxtəlif guşələrində yaşayan insanlar Bakının dünyada ən gözəl şəhər olduğunu etiraf edirlər. Sənin ədalətini həm yaxınların, həm də kənar insanlar öz üzərində hiss edir. Heç zaman yanlış hərəkət etməyə imkan verməyəcək alicənablığın hər kəsi heyran qoyur. Və əlbəttə, sənin ölkəni irəli apardığın cəsarət, qorxmazlıq, qətiyyət və gücünə dünyanın istənilən siyasətçisi həsəd apara bilərdi! Mən səni çox-çox sevirəm! Ad günün mübarək!".



Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Ali Baş Komandan 1961-ci il dekabrın 24-də-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

2003-cü ildən Azərbaycan Republikasının Prezidentidir.

İ.Əliyevin üç övladı, üç nəvəsi var. Onlardan ikisi - Əli və Mikayıl böyük qızı Leyla Əliyevanın övladlarıdır.

ANS PRESS çoxsaylı təbriklərə qoşulur və cənab prezidentə möhkəm can sağlamlığı, gənc Azərbaycan yolunda duran çətinliklər və maneələrin öhdəsindən gəlməsində uğurlar arzu edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR