Azərbaycanlı rejissorun filmi Moskvada (VİDEO)

Azərbaycanlı rejissorun filmi Moskvada (VİDEO)
00:18 25 Dekabr 2015
24 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı rejissorun “Fenomen” filminin təqdimat mərasimi keçirilib.

ANS TV-nin məlumatına görə, Rusiyada yaşayan azərbaycanlı rejissor Mikayıl Mikayılov filminin təqdimatında Rusiyada yaşayan azərbaycanlılar və Rusiya elitası iştirak edirdi.

Bu film “Koleydoskop” ilk dəfə insan haqlarının müdafiəsinə həsr olunan Moskva beynəlxalq “Stalker” film festivalında bir neçə gün öncə nümayiş olunmuşdu.

Dərin fəlsəfi mənasıyla izləyənlərin marağına səbəb olan 26 dəqiqəlik film bundan sonra da bir neçə beynəlxalq festivalda iştirak edəcək.

“Filmin özü sözsüz bir fenomenal gurğu içində tamaşaçıya göstərilməlidir. Yəni bu adi dramaturgiya, adi film nəqli kimi getməməlidir. Ona görə bu filmdə məhz elə bir dramaturji qanunlar işləyir ki, o klassik dramaturgiyanın artıq belə deyək ki, üzərində qurulmuş bir şey deyil”, – deyə rejissor Mikayıl Mıkayılov bildirib.

“Mən rejissorla söhbət etdiyimdə ona çox sual vermədim. Amma bu filmi izlədiyimdə niyə onu hamının sevdiyini anladım. Çünki, bu rejissorun filmlərində ayrı bir günəş enerjisi və istiliyi hiss edilir”, – deyə teleaparıcı Andrey Malaxov qeyd edib.

Filmin təəssüratı altındakı qonaqlar nümayişdən sonra da filmlə bağlı fikir mübadiləsi apardılar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR