Rusiya Hindistana ildə 10 mln ton neft satacaq

00:34 25 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya 10 il ərzində Hindistanın neft emalı zavodlarına ildə 10 mln ton olmaqla 100 mln ton neft tədarük edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narenda Modi ilə aparılmış danışıqların yekunlarına dair bildirib.   

 

““Rosneft” və “Esser” qrupu arasında əldə olunmuş razılığa əsasən, Rusiya 10 il ərzində Hindistanın neft emalı zavodlarına ildə 10 mln ton olmaqla 100 mln ton neft tədarük edəcək”, deyə Putin bildirib.

 

Qeyd edək ki, bundan əvvəl “Qazprom neft” konserninin rəhbəri Aleksandr Dyukov qeyd edib ki, Rusiyanın dünya neft bazarında tutduğu strategiyasını dəyişməsinə ehtiyac yoxdur.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR