Madrid, 25 dekabr, AZƏRTAC
İspaniyanın Zaraqoza vilayətinin Tarazona şəhərində yerləşən Tortoles məscidi bərpa edilir. Bu məscid 1980-ci ilədək anbar kimi istifadə olunub. O zamandan bəri isə bərpası həyata keçirilmədən saxlanılıb.
Bu məscid XV əsrin ortalarında - İspaniya ərazisində müsəlman mədəniyyətinin hakim olduğu son dövrdə inşa olunub. Məscid həm də həmin dövrdən zəmanəmizə gəlib çatmış nadir memarlıq nümunələrindəndir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid