x
Loading...

Ukrayna Rusiyaya qarşı sanksiya tətbiq edəcək (VİDEO)

Ukrayna Rusiyaya qarşı sanksiya tətbiq edəcək (VİDEO)
02:46 25 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+
.

Ukrayna parlamenti hökumətə, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə icazə verib.

ANS TV-nin məlumatına görə, bu barədə Ukraynanın baş naziri Arseni Yasenyuk Ali Radanın iclasında bildirib.

Onun sözlərinə görə, sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Yasenyuk parlamentə “Ukraynanın xarici iqtisadi fəaliyyəti haqqında qanun”a dəyişikliklərin edilməsi haqqında qanun layihəsini təqdim edib.

O bildirib ki, dəyişikliklərin məqsədi Rusiyaya qarşı analoji tədbirlərin həyata keçirilməsidir. Həmin qanun sanksiyaların tətbiq edilməsi səlahiyyətinin Ukrayna Nazirlər Kabinetinə verilməsini nəzərdə tutur.

Bundan əvvəl Rusiya da yanvarın 1-dən Ukraynaya qarşı güzəştsiz ticarət rejiminin və ərzaq embarqosunun tətbiqi barədə qərar qəbul etmişdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR