Zərdabda valideyn himayəsindən məhrum olan uşaqlara bayram sovqatı verilib

Zərdabda valideyn himayəsindən məhrum olan uşaqlara bayram sovqatı verilib
03:13 25 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Zərdab, 25 dekabr, AZƏRTAC
Dekabrın 24-də Zərdab Rayon İcra Hakimiyyətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə valideyn himayəsindən məhrum olan, hər iki valideynini itirən uşaqlarla və onların himayədarları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev iştirakçıları bayramlar münasibətilə təbrik edib, ölkəmizdə bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısından danışıb.
Sonra valideyn himayəsindən məhrum olan və hər iki valideynini itirən uşaqlara bayram sovqatı paylanılıb, maddi yardım verilib.
Çıxış edənlər göstərilən diqqət və qayğıya görə minntədarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerdabda_valideyn_himayesinden_mehrum_olan_usaqlara_bayram_sovqati_verilib-914201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR