Ölüm səbəbindən ABŞ şirkətinin səhmləri ucuzlaşdı

Ölüm səbəbindən ABŞ şirkətinin səhmləri ucuzlaşdı
04:06 25 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) baş vermiş daha bir avtomobil qəzası Takata şirkətinin səhmlərini 5 faiz aşağı düşürüb.

ANS PRESS-in məlumatına görə, qəza zamanı Takata şirkətinə məxsus təhlükəsizlik yastığının açılmaması ölümə səbəb olub.

Bu Amerikada artıq 8-ci belə ölüm halıdır. Ümumilikdə isə, eyni səbədən 9 nəfər ölüb.

Amerikanın magistral nəqliyyat təhlükəsizliyi rəhbərliyi növbəti ölüm faktına görə Takata firmasını təqsirləndirib.

Takatanın məhsulları Yaponiyanın “Honda”, “Subaru”, “Mazda” və digər 9 avtomobil şirkəti tərəfindən istifadə olunur. Takata şirkəti məhsullarına texniki düzəliş etmək məqsədilə 19 milyon avtomobili geri çağırıb. Noyabr ayında şirkət rəhbərliyi təhlükəsizlik qaydalarını pozduğuna görə 70 milyon dollar cərimə ödəməyə razı olduğunu bildirmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR